"AZFILTER" şirkəti 2009-cu ildən fəaliyyətə başlayıb. Bu, Bakı şəhərində sutəmizləmə ilə birbaşa məşğul olan ilk sərgi salonudur. "AQUAPHOR" (Estoniya), "BRITA" (Almaniya), "KINETICO" (ABŞ), "PWG" (Belçika), "CINTROPUR" (Belçika), "ECOWATER" (ABŞ) , "ERIE" (Belçika), "AQUAFILTER" (Polşa), "WATERLOGIC" (Fransa) kimi dünya səviyyəli şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəsi olaraq "AZFILTER" şirkəti suyun təmizlənməsi ilə bağlı öz xidmətlərini təklif edir:

 

 

Bizim peşəkar texniki heyətimiz həm korporativ (yaşayış kompleksi, müəssisə və s.), həm də fərdi müştərilərin (mənzil, həyət evləri) keyfiyyətli su ilə təminatı zamanı ən müasir sutəmizləmə sistemlərinin layihələndirilməsinə və etibarlı avadanlıqların quraşdırılmasına zəmanət verir. Şirkətin fəaliyyət dairəsi təkcə məişət üçün içməli su filtrlərinin təchizatı ilə kifayətlənmir; "AZFILTER" iri sənaye sahələrinə sutəmizləmə qurğuları, həmçinin kəhriz (yeraltı) suları üçün filtrasiya-yumşaltma sistemləri təklif edir. Şirkəti bazarda daim fərqləndirən amil sutəmizləmə sahəsinə aid yenilikləri praktikaya ilk olaraq tətbiq etməsidir. "AZFILTER" şirkəti təklif etdiyi bütün məhsul və avadanlıqların keyfiyyət sertifikatlarına sahibdir, bu səbəbdən etibarlı xidmət ilə təmin olunacağınıza əmin ola bilərsiniz.