×

Texniki dəstək əməkdaşlığın istənilən mərhələsində həyata keçirilir:


  • Mühəndis tərəfindən məkanın yoxlanılması və quraşdırma mürəkkəbliyinin ilkin qiymətləndirilməsi; 
  • Anbardakı filtrlərin sınaqdan keçirilməsi və hazırlanması;
  • Filtrlərin mümkün olan qədər qısa müddət ərzində müştəriyə uyğun bir yerə çatdırılması və quraşdırılması;
  • Quraşdırılmış sistemlərin planlı şəkildə yoxlanılması;
  • Pulsuz telefon məsləhətləri, zəruri hallarda quraşdırılmış sistemlərin öz yerində yoxlanılması.


Biz:

  • Təcrübəli və təsdiq edilmiş kadrlarımızı sizə təqdim edirik;
  • Su təmizləmə sistemini bizdən əldə edən hər bir müştərimizi məlumat bazasına daxil edirik;
  • Filtrlərin yoxlanılmasını həyata keçiririk;
  • Quraşdırılmış sistemin növündən asılı olaraq, filtrlərin dəyişdirilməsini xatırladırıq;
  • Sistemin dəyişdirilmə vaxtını təyin edirik;
  • Zəmanətdən sonrakı xidmətimizi həyata keçiririk;
  • Xidmət müqaviləsi bağlandığı halda, digər istehsalçıların filter sistemlərini təmir edirik.