13.10.2025
Bu il keçirilən “Taste of Europe 2025” Avropa İttifaqı ölkələri də iştirak edirdi. Festivalda Avropanın mətbəxlərini bir araya gətirdi. Müxtəlif ölkələr öz milli təamlarını təqdim edərək zövqlərin yarışına çevrildi. Azfilter olaraq biz də bu konseptin bir hissəsi idik — çünki şirkətimizin təqdim etdiyi su filtrasiyası sistemləri Avropa istehsalıdır. Bu da həm keyfiyyət, həm də etibarlılıq baxımından Avropa standartlarına uyğun təmiz su təminatını nümayiş etdirməyə imkan verdi.
Əsas məqsədimiz suyun qidanın keyfiyyətinə necə təsir etdiyini göstərmək idi. Yeməklərin hazırlanmasında suyun rolu çox vaxt nəzərdən qaçırılır, halbuki o, hər ləzzətin görünməz, amma əsas hissəsidir. Suyun tərkibindəki mexaniki çirklər, xlor, duz və digər qarışıqlar yeməyin dadını, qoxusunu və teksturasını dəyişə bilər. Bu fərq xüsusilə içkilər, souslar və desertlərin hazırlanmasında hiss olunur.
Təmiz və balanslaşdırılmış su:
Təmiz suyun rolu həm peşəkar mətbəxlərdə, həm də evdə yemək bişirərkən eynidir — keyfiyyətli nəticə üçün düzgün su tərkibi vacibdir. Bu səbəbdən istər qida və qeyri-qida sahələrində, HoReCa sektorunda, istər ev şəraitində, suyun təmizliyi üçün etibarlı filtr sistemlərinin istifadəsi artıq bir seçim deyil, zərurətdir.