Product Image
Product Thumbnail

İonmübadilə qətranı

   İonmübadilə qətranı suyun yumşaldılması üçün istifadə olunan xüsusi filtr materialıdır. Bu qətran suda həll olunmuş sərtlik yaradan ionları (əsasən kalsium və maqneziumu) özündə saxlayaraq onların yerinə natrium ionları buraxır. Bu proses ionmübadilə adlanır.
   İonmübadilə qətranı əsasən balon tipli yumşaldıcı filtr sistemlərində tətbiq olunur, məişət və sənaye sularının hazırlanmasında geniş istifadə edilir.

İonmübadilə qatranının əsas funksiyası

  • Suyun ümumi sərtliyini azaltmaq
  • Ərpin əmələ gəlməsinin qarşısını almaq
  • Boruların və avadanlıqların çöküntü ilə tutulmasını azaltmaq
  • Su istifadə olunan texnikanın istismar müddətini uzatmaqdır