Kvars qumu balon tipli filtr sistemlərində mexaniki su təmizlənməsi üçün istifadə olunan təbii filtr materialıdır. Suda mövcud olan qum, lil, gil, pas və digər mexaniki hissəcikləri saxlayaraq suyun şəffaflığını artırır. Kimyəvi cəhətdən neytral olduğu üçün suyun tərkibini dəyişmir və filtr sistemlərinin stabil işləməsini təmin edir. Kvars qumu əsasən ilkin filtrasiya mərhələsi kimi tətbiq olunur.