Badam Medical Center

   Klinikada ümumi suyun təmizlənməsi tibbi proseslərin təhlükəsiz və sabit şəkildə aparılmasında mühüm rol oynayır. Su yalnız məişət məqsədləri üçün deyil, həm də sterilizasiya, avadanlıqların işləməsi və sanitariya prosedurları üçün istifadə olunur. Bu səbəbdən suyun keyfiyyəti birbaşa təhlükəsizlik və gigiyena standartlarına təsir edir. Mexaniki, karbon və yumşaltma mərhələlədrindən ibarət ümumi su təmizləmə sistemi suyun tərkibindəki çirkləri, xloru və sərtlik duzlarını azaldaraq həm avadanlıqların qorunmasına, həm də tibbi mühitdə etibarlı şəraitin yaradılmasına xidmət edir. Keyfiyyətli su klinikanın ümumi fəaliyyətində görünməz, lakin həlledici amildir.

Quraşdırılmış avadanlıqlar:

Avtomatik mexaniki təmizləmə: CLACK WS1.5 BTZ-05, PWG Q-24x72 (Belçika)  — sudakı qum, pas, gil və digər bərk hissəciklərin çıxarılması.

Avtomatik kömürlü təmizləmə: CLACK WS1.5 BTZ-05, PWG Q-24x72 (Belçika) — xlor, üzvi qarışıqlar, xoşagəlməz dad və qoxunun aradan qaldırılması.

Avtomatik su yumşaltma sistemi: CLACK WS1.5 EI Twin Duplex Valve, PWG-24x72 (Belçika) - balon tipli filtrə doldurulan ionəvəzedici qətran sərt duzları çıxarır, borularda və avadanlıqlarda daş çöküntülərinin yaranmasının qarşısı alır.

Məhsuldarlıq: V=8 m³/saat